IQNA

Nigeriya polisi Ərbəin iştirakçılarını atəşə tutdu: 6 şəhid və çoxlu yaralı var - Foto | Video

9:23 - September 29, 2021
Xəbər sayı: 3490847
Nigeriyanın Abuca əyalətində on minlərlə nigeriyalı Əhli-Beyt (ə) ardıcılının qatıldığı Ərbəin ziyarətinin anım mərasimini polis atəşə tutması nəticəsində ölənlər və yaralananlar olub.

Sentyabrın 28-i Nigeriyanın paytaxtı Abucada İmam Hüseynin (ə) şəhadətinin 40-cı günü (Ərbəin) münasibətilə Əhli-Beyt (ə) ardıcılı müsəlmanların keçirdiyi dinc anım yürüşünə polisin həqiqi güllələrdən atəş açması nəticəsində ən azı altı nəfərin şəhid və xeyli sayda yaralının olduğu bildirilib.

Abucadakı on minlərlə nigeriyalı Əhli-Beyt (ə) ardıcılının qatıldığı Ərbəin anım mərasimini polis atəşə tutub.

Ərbəin və Aşura yürüşləri 40 ildir ki, Nigeriyanın hər yerində keçirilir, lakin son zamanlarda hökumət Nigeriya İslam Hərəkatına və yürüşləri təşkil edən rəhbərliyinə təzyiq göstərdiyi üçün qəddar hücumlarla üzləşib.

2016-cı ildən etibarən polis və təkfirçi vəhhabi muzdlu quldurlar tərəfindən yüzlərlə ölümlə nəticələnən və Nigeriya İslam Hərəkatı tərəfdarlarına məxsus bir çox mülkün zədələnməsi və ya məhv edilməsi ilə nəticələnən sistemli hücumlar baş verib. / tasnimnews

kod
 
kod
 

اربعین حسینی| راهپیمایی اربعین , کشور نیجریه ,

اربعین حسینی| راهپیمایی اربعین , کشور نیجریه ,

اربعین حسینی| راهپیمایی اربعین , کشور نیجریه ,

captcha